Şriftin ölçüsü :

Saytın rəngi :

Lahıc qəsəbəsində yeni “Mərasimlər sarayı” istifadəyə verilib.

13 may 2016 | 16:00

Lahıc qəsəbəsi tarixən icma formasında idarə olunub. Hər bir zamanın icra və siyasi orqanı öz yerində, idarəetmədə ağsaqqalların və ictimai fəalların birgə məsləhətləşmələri əsas götürülüb. Bir neçə ildir ki, Lahıc həmin icma idarəetməsi yolu ilə bir sıra problemləri özü həll edir. İdman kompleksinin və Lahıcla
Ərəgit arasındakı körpünün tikiliməsi, Lahıcın və Ərəgit məhləsinin daş döşəməli küçələrinin əsaslı təmiri,küçələrin kənarlarında divarların ənənəvi Lahıc memarlığına uyğun tikilməsi, Hamam dərəsindəki kanilzasiya şəbəkəsinin yenidən qurulması və əvvəlkindən daha işlək vəziyyətə salınması, bazar meydanında icma bazarının və ikimərtəbəli icma evinin istifadəyə verilmə ərəfəsində olması Azərbaycanda gedən sürətli inkişafın  Lahıc qəsəbəsinə gətirdiyi yeniliklər kimi qiymətləndirilir.
Çox yaxşı haldır ki, az-çox imkanlı ziyalılar , iş adamları bu kimi xeyirxah əməlləri bir azərbaycanlı bir müsəlman olaraq milli-mənəvi  dəyərləri əsas götürərək həyata keçirirlər.
“İsmayıllı rayonunun inkişafı” İctimai Birliyinin və iş adamlarının maliyyə dəstəyi, qəsəbə icma nümayəndələrinin fəal iştirakı ilə başa gələn “Lahıc mərasimlər sarayı”  həmin  insanların ən uğurlu və Lahıc üçün ən vacib obyektdir.
        Bu günlərdə “Lahıc mərasimlər evinin” açılışı olub.
       Burada çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu humanitar aksiyanın, əhalinin məişətinə və ümumillikdə həyatına gətirilən rahatlıq üçün layihə müəlliflərinə  təşəkkürünü bildirib. Qeyd edib ki, Lahıcın problemləri birgə qüvvə ilə, özünəinamla, qarşılıqlı dəstəklə həll olunur. Biz bu “Mərasimlər sarayını” açmaqla Prezident İlham Əliyevin xalqa xidmət tapşırığını yerinə yetirmiş oluruq. Bu saray həmişə Lahıc qəsəbəsinin, Ərəgit məhəlləsinin sakinlərinin xidmətində olacaq. Bütün növ mərasimlərin, dövlət və dini bayramların, toplantıların, konsert tamaşalarının, yubileylərin keçirilməsi üçün hamının üzünə açıq olacaq.
İctimai Birliyin sədri Hüseynağa Kamilzadə çıxışında bildirib ki, Lahıc ziyalıları və iş adamları belə bir vacib obyekti-mərasimlər sarayını bu gün sakinlərin istifadəsinə verir. İstifadə pulsuz, mövcud qaydalar uyğun olacaqdır. Din xadimləri, ziyalılar çıxış edib bu vacib xidmət obyektini ərsəyə gətirənlərə minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edirik ki, “Mərasimlər sarayı” 180 nəfər üçün nəzərdə tutulub. Əsaslı bina tikilib, müasir tərtibat aparılıb, 200 ədəd stul, müvafiq sayda stollar gətirilib. Mətbəx ən müasir avadnlıqlarla, qab-qacaqla təmin olunub.
Xeyirxah əməl sahibləri açılış günündə qonaqlarla və sakinlərlə birgə nahar edib, qəsəbənin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Keçidlər