“Narkomaniya bəşəriyyətin bəlasıdır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 17-də İsmayıllı rayon Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, RİH başçısının Basqal qəsəbəsi İƏD üzrə nümayəndəsi Novruz Əsədov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, “Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Qüdrət Kazımov, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, müəllim və şagirdlər iştirak ediblər. Çıxış edənlər narkomaniya və onun fəsadları, xüsusilə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.