Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıqbayramlı kəndində görüş keçirildi

25 may 2016 | 16:00

25 may 2016-cı il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Aşıqbayramlı kəndində kənd sakinlərinin bir qrupu ilə görüşü keçirilib. Rayonun aparıcı idarə və təşkilatlarının rəhbərləri, əlaqədar kənd ərazi nümayəndələri və bələdiyyə sədrləri, məktəb direktorları və digər təşkilatların nümayəndələrinin iştirak etdiyi görüşdə yeni əsaslı təmir olunmuş İsmayıllı-Qaraməryəm avtomobil yolunun ətraflarının abadlaşdırılması, bu ərazidə olan ağacların budanması, ağardılması, yeni ağac və gül kollarının əkilməsi, qulluq edilməsi və mühafizə olunması istiqamətində geniş müzakirələr aparılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov bu sahədə vəzifəli şəxslərin, idarə və müəssisə rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin üzərinə düşən vəzifələr barədə fikirlərini bildirib.
Görüşdə kənd nümayəndələri yeni təmir olunmuş yolda zəhməti olan bütün insanlara öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər