Şriftin ölçüsü :

Saytın rəngi :

Qubaxəlillidə “Multikuturilalizim ili”ilə əlaqədar tədbir keçirilib

26 may 2016 | 16:00

“Multikulturalizm ili” çərçivəsində İsmayıllıda ardıcıl tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq may ayının   26-da Qubaxəlilli kəndində ətraf yaşayış məntəqələrini də əhatə etməklə “İsmayıllıda dini durum, tolerantlıq və multikulturalizm” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nin İsmayıllı rayonu üzrə nümayəndəsi Tural İbrahimov, ictimaiyyət nümayəndələri, ziyalılar, kənd ağsaqqalları və gənclər  iştirak edib. Tədbiri giriş sözü ilə açan M.Məhərrəmov müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında laiqli yer tutduğunu, milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirildiyini, Azərbcaycan tolerantlığı və multikulturalizminin bütün dünyaya çatdırıldığını, bu sahədə ümummilli liderimiz Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyevin xidmətlərinin misilsiz olduğunu diqqətə çatdırıb.
Mövzu ətrafında Qubaxəlilli, Gəraybəyli və Xəlilli kənd tam orta məktəbinin müəllimləri Famil Səfərov, Kamilə İsayeva, Etibar Bayramov və “Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov çıxış edərək islami və multikultural dəyərlərin əhəmiyyətindən danışmış, Azərbaycanın bu sahədə dünyaya nümunə olduğunu bildirmişlər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yenicə istehsala buraxdığı “Fitnə” filmi nümayiş etdirilmişdir. Film tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Keçidlər