Şriftin ölçüsü :

Saytın rəngi :

“12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib

12 avqust 2024 | 18:16

12 avqsut 2024-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə İsmayıllı  Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  gənclərlə görüş keçirilib.

Tədbir öncəsi  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı müavini Sevil xanım Əhmədovanın iştirakı ilə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İsmayıllı Humanitar və Texnologiya Kollecinin tələbələrinində iştirak etdiyi tədbiri açıq elan edən Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov çıxışında qeyd edərək bildirib ki, 1998-ci ildə hər il 12 avqust tarixinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.

Tədbirdə həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nəsimi Teymurov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İdarə Heyətinin üzvü Ülvi Osmanlı çıxış edərək bildiriblər ki, ölkəmizdə gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Keçidlər