“12 Avqust-Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş gənclərlə görüş keçirilib
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “12 Avqust- Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş gənclərlə görüş keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və idarə əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Çingiz Aslanov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İdarə Heyətinin üzvü Ülvi Osmanlı və Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı və kollecin tələbələri iştirak edib.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi müavini Fərhad Qurbanov iştirakçıları salamlayaraq əlamətdar gün haqqında gənclərə ətraflı məlumat verərək qeyd etmişdir ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.(davamı şərh bölməsində)
Daha sonra natiqlər öz çıxışlarında gəncliyin insan həyatında tutduğu mövqenin rolundan bəhs edib, Azərbaycan gənclərinin ölkənin dəyərli vətəndaşları olduqlarını bildirərək aparılan uğurlu siyasətin bu gənclərin ölkə həyatının bütün sahələrindəki fəallıqlarının artırılmasına yüksək təsir göstərdiyini vurğulayıblar.
Çıxışlardan sonra mədəniyyət içşisi Tərlan Əliyevin ifasında musiqi çıxışları dinlənilib.
Tədbirin sonunda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin fəal gəncləri tədbir təşkilatçıları tərəfindən Fəxri Fərmanlar ilə təltif olunublar.
Tədbirin məqsədi “12 Avqust-Beynəlxalq Gənclər Günü”nün qeyd olunması, gənclər arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq, eləcə də asudə vaxtlarının səmərəli keçirmələrini təmin etməkdən ibarət olub.