Şriftin ölçüsü :

Saytın rəngi :

12 Dekabr -Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12 dekabr 2023 | 15:17

Anım günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Ziyarət iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr edilmiş sərgiyə və filmə baxış keçiriblər. Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır!

Qeyd edək ki, ziyarət rayon ictimaiyyəti tərəfindən gün ərzində davam etdiriləcək.

Keçidlər