Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin bəyanatı

09 iyun 2016 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin

BƏYANATI

Son günlər Lider İnformasiya Agentliyində İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə qarşı dəqiqləşdirilməmiş, qərəzli və həqiqəti əks etdirməyən informasiyalar yerləşdirilir. Həmin məlumatların araşdırılmadan, mövcud, xüsusilə də bələdiyyə qanunvericiliyinə uyğunluğu öyrənilmədən saytda paylaşılması qeyri-peşəkar jurnalistin qərəzli olmasını, ədalət prinsipinə riayət etməməsini bildirir.
Bir daha  bildiririk ki, Lider İnformasiya Agentliyində (lia.az) informasiya portalında gedən yazılar doğru deyil, qərəzlidir və həqiqətdən tamamilə uzaqdır.
İsmayıllı Rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasının, Qanunlarının, eləcə də “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun həyata keçirir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin
İnformasiya təminatı və təhlil sektoru

Keçidlər