Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərərli vərdişlərə, narkomaniyaya və erkən nikaha yox deyək, hüquq və vəzifələrimizi tanıyaq”

10 iyun 2016 | 16:00

10 iyun 2016-cı ildə Kürdmaşı kənd mədəniyyət evində Rayon İcra Hakimiyyətinin, Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllı rayon şöbəsinin və Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə, narkomaniyaya və erkən nikaha yox deyək, hüquq və vəzifələrimizi tanıyaq” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Kürdmaşı kəndinin fəal sakinləri, məktəblilər, müəllimlər, Rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliyinin əməkdaşları və bələdiyyə üzvləri iştirak etmişdir. Tədbir əsasən diskusiya şəklində təşkil olunmuşdur. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev zərərli vərdişlər və onunla mübarizə metodları barədə geniş məlumat verdi. RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov əsasən “İnsan Hüquqları Aylığı”nın mahiyyətindən, hüquq və vəzifələrdən danışdı və məktəblilərlə sual-cavab şəklində söhbət apardı. DTX-nin rayon şöbəsinin rəisi əvəzi Zeynal Zeynalov bir sıra mühüm məsələlərə toxundu. Dini radikalizm, dini cərəyanların əks təbliğatının mənfi nəticələri barədə məlumat verən Z.Zeynalov narkomaniyanın fəsadlarına da toxundu. Rayon Polis şöbəsinin əməkdaşı – azyaşlılar üzrə baş inspektor Əbülfət Yarıyev isə erkən nikaha yox deyək mövzusunda çıxış etdi. Ümumilikdə tədbir diskusiya şəklində keçdi. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırıldı.

Keçidlər