Şahmat üzrə Azərbaycan çempionatı keçirilib
13 iyun 2016 | 16:00
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 01-11 iyun 2016-cı il tarixlərdə Bakı şəhərində 8 yaşa qədər qızlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilib.
Finala vəsiqə qazanmış şahmatçılar arasında rayonumuzu təmsil edən 8 yaşlı Gülşən Allahverdiyeva II yerə layiq görülmüşdür.
Qeyd edək ki, G.Əliyeva avqust ayında Çexiyanın Praqa şəhərində keçiriləcək Avropa çempionatına vəsiqəni təmin etmişdir.