"Son Zəng”
İyunun 14-də Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi İsmayıllı rayonunun 80 ümumtəhsil müəssisəsində də "Son Zəng” tədbirləri keçirilib. Tədbirlərdə RİH-nin, RTŞ-nin, aid idarə və təşkilat rəhbərləri ümumtəhsil məktəblərində qonaq qismində iştirak ediblər.
İsrail Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən "Son Zəng” tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, onun müavini Sevil Əhmədova iştirak edib.
Tədbirdə çıxış edən M.Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, genişmiqyaslı islahatçılıq fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində əldə edilmiş naliyyətlərin Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyinin parlaq təcəssümü olduğunu, ölkə rəhbəri tərəfindən aparılan nəhəng quruculuq işlərində tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni məktəb binalarının tikilərək istifadəyə verilməsinə, onların ən müasir avadanlıq və kompyuterlərlə təchizinə xüsusi diqqət verildiyini vurğulayıb.
Rayon rəhbəri müstəqil həyatın astanasında duran bütün məzunları bu əlamətdar bayram günü münasibətilə təbrik edibi, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb, ölkə rəhbəri cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Respublikamızda təhsil sahəsində aparılan işlər və bu məzmunda İsmayıllı rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, məktəbin pedaqoji kollektivlərinə gələcək işlərində uğurlar arzulayıb.
Bütün məktəblərin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət konsert proqramları təqdim olunub.
Məktəb həyatına əlvida deyən məzunlar son zəngin sədaları altında məktəbin simvolik açarını 10-culara veriblər və birincilərə hədiyyələr təqdim olunub.