Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol üzrə İsmayıllı rayon birinciliyi

16 iyun 2016 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə İsmayıllı rayon İcra Hakimiyyətinin təsdiq etdiyi fəaliyyət proqramına uyğun olaraq rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə futbol üzrə rayon birinciliyi başlanıb. Çempionatın  açılış tədbiri şəhər stationunda keçirilib.
RGİİ-nin rəisi Taleh Salehov tədbiri açaraq deyib ki, bu il gənclər futbola daha həvəslidir. Yarışa 17 komanda qoşulub. Yarışlar dövri sistemdə keçiriləcək. Bazar günündən başqa 2 aya yaxın müddətdə hər gün oyunlar təşkil olunacaq. Şəhər, Hacıhətəmli, Mollaisaqlı , Topçu və Təzəkənd ərazilərindəki stadionlarda.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rövşən Yəhyayev çıxış edərək idmanın bütün növlərinin, xüsusilə futbolun inkişafı ilə əlaqədar rayon İcra Hakimiyyətinin həyata keçirdiyi səmərəli tədbirlərdən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Çempionatın ilk oyunu Qubaxəlilli və Hacıhətəmli bələdiyyəsinin komandaları arasında keçirilib. Futbolla daha müntəzəm məşğul olan Hacıhətəmlinin “Tufan” komandası qələbə qazanıb.

Keçidlər