Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu
Hər il olduğu kimi bu il də Tibb işçilərinin peşə bayramı rayon mərkəzi xəstəxanasında qeyd olundu. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov açaraq səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək, çətin və fədakar fəaliyyətində onlara uğurlar arzuladı. Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova tibb işçilərini təbrik etdi, dövlət səhiyyə siyasətinin uğurlarından, xidmət sahələrində bundan sonra daha çox iş görüləcəyindən, əhalinin sağlamlığının təmin olunması üçün daha əsaslı tədbirlər həyata keçiriləcəyindən danışdı.
Yekunda bir qrup qabaqcıl tibb işçisinə RİH başçısının Fəxri Fərmanı təqdim edildi.