1 mart-Ümumdünya Mülki Müdafiə günüdür
01 mart 2024 | 21:22
İsmayıllı Rayon İcra Hakimiyyətinin 2024-cü il üçün Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq rayonda “1 mart-Ümumdünya Mülki Müdafiə günü”nə həsr edilmiş silsilə tədbirlər keçirilib.
Belə ki, müəssisə və təşkilatlarda keçirilmiş tədbirlərdə tədbir iştirakçılarına MM-nin yaranma tarixindən və onun bu gün də əvəzolunmaz əhəmiyyətindən ətraflı məlumat verilmişdir.
Ərazilərdə keçirilmiş tədbirlərdə hadisələr zamanı idarə və təşkilat kollektivinin hərəkət qaydaları, əhalinin təxliyyəsi, Mülki Müdafiə siqnalları ilə tanışlıq, siqnallardan sonra hərəkət, fərdi mühafizə vasitələrindən istifadə qaydalarına yiyələnmək, eləcə də təhlükəsizlik tədbirlərinə aid söhbətlər aparılmışdır.