Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Dövlət Qulluqçuları günü bayram edilib.

23 iyun 2016 | 16:00

Rayonda 295 nəfər dövlət qulluqçusu fəaliyyət göstərir. Onların 65 nəfəri qadındır. Dövlət qulluqçuları sırasında gənclərin sayı üstünlük təşkil edir.
      7 nəfər dövlət quluqçusu ötən illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif olunub. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev belə şərəfə builki bayram ərəfəsində çatıb.
       Dövlət qulluqçuları bayramları keçiriləcək Mədəniyyət Mərkəzinə gəlməzdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
        Tədbirin idarə olunması müxtəlif illərdə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalına  layiq görülümüş dövlət qulluqçularına tapşırılıb.
       Təltif edilənlər sırasında olan rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova giriş nitqi ilə tədbiri açıb.
         Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev  Dövlət Qulluqçuları Günü münasibətilə məruzə edib. Əməkdar müəllim Şəfaqət Rəsulov, həkim İsrayıl İsmayılov dövlət qulluqçularını təbrik edib, onlara xoş arzularını ünvanlayıblar. İvanovka inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Olqa Jabina  Azərbaycan vətəndaşı, İsmayıllı sakini, dövlət qulluqçusu olmaqdan qürur duyduğunu deyib, indiki İsmayıllı şəraitində daha səmərəli fəaliyyət göstərməyi həmkarlarına arzulayıb.
       Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında qeyd edib ki, hər bir dövlət qulluqçusu xalqın xidmətçisidir və bu xidmət Prezident İlham Əliyevin tələbi səviyyəsində göstərilməlidir. Hər bir dövlət qulluqçusu ən yüksək səviyyədə  nümunə olmalı, vətən, məslək, əqidə yolunda dəyişməz yolla getməli, xirda hisslərlə yaşamamalı, ölkəsi, bölgəsi, xidmət etdiyi sahə qarşısında məsuliyyətini dərindən dərk etməlidir.
        Çıxışının sonunda RİH-nin başçısı dövlət qulluqçularını bayramları münasibətilə ürəkdən təbrik edib, onlara fəaliyyətlərinə yeni-yeni uğurlar arzulayıb . Bir qrup fəal dövlət qulluqçusuna  rayon icra hakimiyyəti başçısının  Fəxri fərmanları verilib.
           Rayon mədəniyyət və turizm şöbəsinin ansanblı maraqlı konsert proqramı ilə çıxış edib.

                                                                 

Keçidlər