“Birgə yaşayışın Azərbaycan modeli”
24 iyun 2016-cı il tarixdə İsmayıllıda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qloballaşma Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Rayon İcra Hakimiyyəti ilə “Birgə yaşayışın Azərbaycan modeli” adlı layihənin icrası ilə bağlı tədbir keçirib.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov açıb. O, keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti barədə açıqlama verdikdən sonra sözü birliyin təlimçisi, hüquqşünas Günel Səfərovaya verib. Sözügedən mövzu ilə əlaqədar məruzədə Azərbaycanda birgəyaşayış modelinin təbliğ edilməsi və gənclərin dini-ekstremist qruplardan uzaqlaşdırılmasına yardım etmək barədə geniş söhbət açılıb.
“Birgəyaşayışın Azərbaycan modeli” İsmayıllı rayonunda artıq həyat tərzinə çevrildiyindən ilk tədbirin burada keçirilməsi məqsədəuyğun hesab edilib.
İctimai Birliyin sədri Anar Yusifoğlu tədbirin keçirilməsinə rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Layihə çərçivəsində dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.