Respublika final mərhələsi başa çatdı
04 may 2013 | 15:00
03 may 2013-cü il tarixdə İsmayıllı şəhərində “Vətənin Müdafiəsinə Hazıram” poliotlon çoxnövçülüyünün final mərhələsi keçirilmişdir. Final mərhələsində 16 şəhər və rayon komandası iştirak etmişdir. Final mərhələsində idmançılar 4 növ üzrə - 100 m və 2000 m məsafəyə qaçış, turnikdə dartınma və hədəfə qumbara atma bölmələri üzrə güclərini sınamışlar. Gərgin və maraqlı mübarizənin sonunda İsmayıllı komandası 959 xalla I (birinci) yeri tutmuşdur. Komanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və kuboku ilə mükafatlandırılmışdır.