Şriftin ölçüsü :

Saytın rəngi :

Velosiped idman növü üzrə ölkə çempionatı İsmayıllıda keçirildi.

24 iyun 2016 | 16:00

21-24 iyun 2016-cı il tarixində Gənclər və İdman Nazirliyinin və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllıda velosiped idman növünün fərdi və qrup ötüşmələri üzrə ölkə çempionatı keçirilib. İdmançılar İsmayıllı-Göyçay-Ağsu maşurutu üzrə yarışıblar. Yarışın mükafatlandırılması İsmayıllı rayon Mərkəzi Meydanında  icra olunub. RİH başçısının müavini Sevil Əhmədova idmançıları və qonaqları salamlayaraq qalibləri təbrik etdi. Mükafatlandırmada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov, Velosiped federasiyasının baş katibi Fərhad Əliyev, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov diplom, fəxri fərman və mükafatları qaliblərə təqdim etdilər.

Keçidlər