Şriftin ölçüsü :

Saytın rəngi :

“İslahatçı Gənclər” İctimai Birliyi İsmayıllıda konfrans keçirdi.

28 iyun 2016 | 16:00

Bu gün bütün dünyada dini radikalizm sürətlə yayılmaqda, dinin əsl mahiyyətindən uzaq olan bir sıra digər məqsədlər üçün istifadə cəhdləri çoxalmaqdadır. Xüsusilə gənclərin bu proseslərə alət kimi cəlb edilməsi cəhdləri davam etdirilir.
Radikalizmi doğuran başlıca səbəblərdən biri din haqqında məlumatsızlıq və yalnış yönləndirilmələrdir.
Bu mənada Respublikada dini radikalizmlə mübarizədə ilk növbədə gənclər arasında dini maarifçilik işinin təşkilinə xüsusi diqqət yetirilir.
Belə tədbirlərdən biri iyun ayının 28-də İsmayıllıda –Heydər Əliyev Mərkəzində reallaşdı. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Dini radikalizm və  ekstremizmlə mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi.Konfransda 70 nəfərə yaxın gənc, ictimaiyyət nümayəndəsi, din xadimi, ziyalı və müəllim iştirak edirdi.
Konfransı girirş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açdı,  qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamladı. Tədbiri aparmaq üçün sözü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimliyə verdi.
Konfransda “İslahatçı Gənclər” İctimai birliyinin sədri Fərid Şahbazov, politoloq Əhməd Şaiqov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, İsmayıllı “Cümə” məscidinin  dini icma sədri Vasif Teymurov, “Məhəmədiyyə məscidi”nin imamı Elnur Yusifov çıxış edərək  dini radikalizm və onun fəsadları  barədə konfrans iştirakçılarına məlumat verdilər. Ölkəmizin  dini tolerantlıq sahəsində dünyaya örnək  bir mövqedə olmasını, multikulturalizmin  həyat tərzinə çevrildiyini diqqətə çatdırdılar.
YAP Gənclər Birliyinin sədri Şəhla Qafarovanın, UADM-nin əməkdaşı Gülnar Mikayılovanın təklifləri maraq doğurdu.
Sonda ümummilli liderin abidəsi önündə xatirə şəkli çəkildi.

Keçidlər