Rayon İcra Hakimiyyəti başçısının aparat qəbulu keçirilib
29 iyun 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti aparat qəbulu keçirilib. RİH başçısının qəbulunda RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Qəbul zamanı rayonun müxtəlif ərazilərindən - İsmayıllı şəhəri, Xanagah, Quşencə, Qurbanəfəndi, Vəng, Kürdmaşı və Sumağallı kəndlərindən vətəndaşlar iştirak edib, onları narahat edən problemlərini səsləndiriblər.
Qəbulda ümumilikdə 12 nəfər iştirak etmişdir. Müraciət edənlərdən 3 nəfər Qarabağ müharibəsi əlili, 1 nəfər şəhid ailəsi, 8 nəfər isə heç bir imtiyaz qrupuna aid olmayan vətəndaşlar olub.
Onlardan 5 nəfər maddi yardım, 2 nəfər torpaq sahəsi ilə təmin olunma, 1 nəfər içməli su, 1 nəfər taxıl sahəsinə dərmiş ziyanın ödənilməsi ilə əlaqədar, 3 nəfər isə digər mövzularda müraciət etmişlər.
Qəbulda səsləndirilən hər bir problem diqqətlə öyrənilmiş, bəzilərinə araşdırılması üçün ərizə ilə müraciət etmələri tövsiyə olunmuş, bəzilərinin həlli üçün rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.