Yaponiyanın VA- Liqa ansamblı İsmayıllıda
Bir neçə ildir ki, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələri yaradılmışdır. Multkulturalizm ili çərçivəsində Yaponiyanın VA-Liqa ansamblı da ənənəvi Yapon musiqi alətlərinin təqdimatını və konsert proqramını İsmayıllı rayonunun İvanovka kəndində keçirdi.
Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya şöbəsinin rəhbəri, birinci katib Ko Obatanın müşayiəti ilə İsmayıllıya gələn və mehribanlıqla qarşılanan qonaqlarla İcra Hakimiyyətinin məsul işçilərinin, İvanovka kənd tam orta məktəbi müəllimləri və şagirdlərinin səmimi görüşləri keçirildi. Qonaqlar Heydər Əliyev Mərkəzi, Tarix Diyarşunaslıq Muzeyi və Rayon Mədəniyyət Mərkəzi ilə tanış oldular. Mədəniyyət mərkəzi nəzdində yaradılmış “Sənətkarlıq bazarı” haqqına qonaqlara ətraflı məlumat verildi. Lahıc sənətkarlarının əl işləri, xalça, kəlağayı və digər sənət nümunələri qonaqları daha çox maraqlandırdı. Yaponiyalı qonaqlara İsmayıllının sosial-iqtisadi və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verildi.