Polis işçilərinin peşə bayramı qeyd olundu
02 iyul 2016-cı il tarixdə Polis işçilərinin peşə bayramı İsmayıllıda qeyd olundu. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Rayon Polis şöbəsində keçirilən tədbiri giriş sözü ilə RPŞ-nin rəisi Telman Ağasıyev açaraq polis işçilərini peşə bayramı münasibətilə təbrik etdi, çətin və fədakar fəaliyyətində onlara uğurlar arzuladı. Sonra Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Respublikada ictimai-siyasi asayişin qorunub saxlanmasında, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin fədarkarlıqla çalışdığını bildirdi. Gələcəyi xoşbəxt olan vətənmizin inkişafı, tərəqqisi yolunda onlara sağlamlıq, möhkəm iradə, dözüm və polis andına, zabit şərəfinə sədaqət arzuladı. Rayona yeni təyinat almış prokuror Ülvü Abbasov çıxış edərək Azərbaycan polisinin çətin, şərəfli və məsuliyyətli işindən danışdı, həyatını bu peşəyə həsr edənlərə uğurlar arzuladı. Yekunda bir qrup qabaqcıl polis işçisinə RİH başçısının Fəxri Fərmanı təqdim olundu.