“Əks-səda” İctimai Birliyi İsmayıllıda tədbir keçirib
“Əks-səda” Beynəlxalq Junalist Tədqiqatları Mərkəzi İctimai Birliyi may ayından Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Multikulturalizm ili”nə həsr olunmuş müxtəlif layihələrin icrasına başlayıb. “İl” çərçivəsində ölkəmizin müxtəlif regionlarında dəyirmi masalar, yığıncaqlar, görüşlər, keçirib. Azərbaycan xalqının sahib olduğu tolerant və multikultural ənənələri təbliğ edib.
İyulun 12-də Rayon İcra Hakimiyyəti və İctimai Birliyin birgə təşkilatçılığı ilə İsmayıllıda “Azərbaycan Multikulturalizm modeli: dünyaya sülh, qardaşlıq və dözümlülük ideyasının yayılmasına töhfəmiz” mövzusunda azsaylı xalqların nümayəndələrinin, gənclərin, ziyalıların iştirakı ilə Tarix Diyarşünaslıq Muzeyinin iclas zalında dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb, qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb. Azərbaycanın dünya multikulturalizminin əsas mərkəzinə çevrildiyini, ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət siyasətinin tərkib hissəsini təşkil etdiyini, Respublikada bu sahədə səmərəli iş aparıldığını diqqətə çatdırıb.
“Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova geniş məruzə ilə çıxış edib, çağdaş dünyamızda müxtəlif millətlərə, dinlərə mənsub insanların bir arada yaşamasının günümüzün reallığı olduğunu, Azərbaycan multikulturalizminin inkişaf etdirilərək bütün dünyaya çatdırıldığını qeyd edib.
Müzakirələrdə Şəhla Qafarova, Kamran Hacıyev, İlqar Məmmədli, Göyçək Rəhimova, Dadaş Səmədzadə və başqaları çıxış edərək bu gün Azərbaycanda, onun bir bölgəsi olan İsmayıllıda azərbaycanlılara yanaşı rusların, ləzgilərin, hapıtların, türklərin, kürdlərin, tatların və digər azsaylı xalqların nümayəndələrinin birgə, qarşılıqlı hörmət əsasında yaşadığını söyləyiblər.
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu” İsmayıllı “Bilik Evi” Regional Mərkəzinin direktoru Sevinc Novruzova, DQİDK-nin İsmayıllı rayonu üzrə nümayəndəsi Tural İbrahimov insanların mənəvi, ictimai, dini ehtiyaclarının ödənilməsində multikultural dəyərlərin, tolernatlıq ənənlərinin müsbət rolu barədə fikirlərini tədbir iştirakçılarına çatdırıblar.