Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçiləri idman yarışında özlərini sınamışlar.

04 may 2013 | 15:00

Rayon Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarları İttifaqı İsmayıllı rayon komitəsi ümumi təhsil müəssisələrinin müəllimləri arasında Azərbaycan xalqının  ümummilli  lideri Heydər Əliyevin  90 illik yubileyinə  həsr olunmuş şahmat, voleybol və stolüstü tennis yarışları keçirmişdir. Yarışda rayonun 40– dan  çox təhsil müəssisələrində çalışan  müəllimlər iştirak etmiş və  idmanda   öz güclərini  sınamışlar.
Gərgin  mübarizə şəraitində  keçən şahmat yarışda  şəhər 7 saylı tam orta məktəbin  şahmat müəllimi  Cahangir Niftalıyev - I,  şəhər 5 saylı tam orta məktəbin  riyaziyyat müəllimi Arif  Mirzəyev – II,  şəhər 6 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi İlham Yusifov - III yerləri tutmuşlar. Voleybol yarışında şəhər 3 saylı tam orta məktəbin müəllimlərdən ibarət komandası birinci, şəhər 5 saylı tam orta məktəbi ikinci, Quşencə kənd tam orta məktəbin komandası isə üçüncü yeri tutmuşdur. Stolüstü tennis yarışında Abdullayev Seyran –UGİM-in məşqçi müəllimi I, Ağayev Ağabala –Quşencə kənd tam orta məktəbin müəllimi II, Abdullayev Sənan –Şəhər 3 saylı tam orta məktəbin müəllimi isə III yeri tutmuşlar.
Qaliblər RTŞ – si  və  ATİAHİ  RK- nın birgə diplomları  və pul  mükafatı ilə qiymətləndirilmişlər.

Keçidlər