Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlamlıq imkanları məhdud olanlara əlil arabalarının verilməsi sevinclə qarşılandı.

20 iyul 2016 | 16:00

20 iyul 2016-cı il tarixdə Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçiliğı, Türk İşbirliyi və Koordinasiya Agentliyinin, Gəncliyə Yardım Fondunun maliyə dəstəyi ilə Qəbələ və İsmayıllı rayonlarından olan əlillərə 24 əlil arabası təqdim olunmuşdur.
             Tədbir İsmayıllı rayonunun “Günəş” istirahət Mərkəzində keçirildi. Arabalar ümumi səbəbdən əlil olan insanlara verildi. Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, UADM-nin direktoru Lətifə Əliyeva  qonaqlardan Əhməd Teçim, Mustafa Nazım Polat çıxış etdilər. İsmayıllı rayon Mədəniyyət Mərkəzinin müsiqi kollektivi tədbirdə müsiqi proqramı ilə çixiş etdilər. Sonda ümumi səbəbdən birinci qurup əlil Şakir Ömərova Respublika üzrə paroimpiya yarışlarında ağır atletka üzrə III yer tutduğuna görə Fəxri fərman və qiymətli hədiyyələrlə təqdim olundu. Qarabağ əlili Anar Hacıyev və əlil Nicat Məmmədov onlara göstərilən qayğı və diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara minətdarlıqlarını bildirdilər.

 

Keçidlər