Şriftin ölçüsü :

Saytın rəngi :

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi tədbir keçirib

21 iyul 2016 | 16:00

“Sosial Hüquqların Araşdırılması” İctimsi Birliyi Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) sosial hüquqlarının müdafiəsi sahəsində hüquqi yardım  xidmətlərinin göstərilməsi” layihəsini həyata keçirir.
21 iyul 2016-cı il tarixdə Rayon İcra Hakimiyyəti və İctimai Birliyin birgə təşkilatçılığı ilə Tarix Diyarşünaslıq Muzeyində layihə çərçivəsində seminar keçirilmişdir.Layihənin məqsədi çətin həyat şəraitində yaşayan şəxslərin, eləcə də işsiz  gənclərin, aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad olunaraq sosial adaptasiyaya ehtiyacı olan şəxslərin, təhsildən kənarda qalmış qadınların, ahılların, iş tapmaqda çətinlik çəkən və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin və.s sosial hüquqlarala bağlı məlumatlandırılaması, bu sahədə huquqi biliklərin artırılması və pozulmuş huquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir.Tədbiri RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva açıb  və rayon rəhbərliyi adından  qonaqları salamlayıb. “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri, BDU-nin professoru, hüquq elmləri doktoru Mayis Əliyev yaradılan şəraitə görə minnətdarlığını bildirib və layihə barədə məlumat verib.  Tədbir iştirakçıları müzakirələrdə fəal iştirak edərək bu mövzuya dair fikir və təkliflərini söyləyiblər. Sonda  seminarda iştirak edənlərə  layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.

Keçidlər