Şriftin ölçüsü :

Saytın rəngi :

III Beynəlxalq Multikulturalizm Yay məktəbinin nümayəndələri İsmayıllıda

21 iyul 2016 | 16:00

Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir  vətəndaşının həyat tərzinə çevrilib. Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi ölkə daxilində və xaricdə təbliğ olunur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu gün Azərbaycan multikulturalizminin dünya ölkələrində təbliğini aparır, dövlət siyasətini həyata keçirir. Qısa zaman kəsiyində multikulturalizm ölkəmizin 20, xarici dövlətlərin isə 11 universitetində bir fənn kimi tədris olunur, Yay və Qış məktəbləri təşkil olunur.
        Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 18-27 iyul 2016-cı il tarixlərdə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” mövzusunda III Beynəlxalq Multikulturalizm Yay Məktəbini təşkil etmişdir.
         Yay məktəbinin iştirakçıları dünyanın 16 xarici ölkə universitetindən 31, Azərbaycanın isə 12 universitetindən 19 tələbəni əhatə edir. III Beynəlxalq Yay Məktəbinin iştirakçıları Bakı, Qəbələ, İsmayıllı, Şəki, Oğuz və s. rayonlarda olacaq və ölkəmizdəki azsaylı xalqların həyat tərzi, mədəni müxtəlifliyi, onlara göstərilən tolerant və multikultural münasibəti öz gözləri ilə görəcək, şahidi olacaqlar.
       Respublikada keçirilən bu mühüm tədbirin Proqramına uyğun olaraq iştirakçılar iyulun 21-də rayonumuzun İvanovka kəndində oldular. 23-də isə Lahıc qəsəbəsinə səfər edəcəklər.
       İyulun 21-də Məktəbin iştirakçıları İvanovka kəndində yaşayan molokonlarla görüşüblər. Qonaqlar kənd İcra nümayəndəliyində yüksək səviyyədə qarşılanıb. Kəndin Mədəniyyət sarayında İvanovkanın folklor qrupu qonaqlar qarşısında çıxış edib, milli mahnı və rəqslər ifa olunub, çıxışlar böyük maraqla qarşılanıb. Xarici qonaqları İvanovkadakı həyat tərzi, molokanların milli mədəniyyəti,adət və ənənələri çox maraqlandırıb. Onlar kəndin görməli yerləri, kolxoz təsərrüfatı, sakinlərin məişət şəraiti ilə yaxından tanış olublar. Multikulturalizmin bariz nümunəsini İvanovkada  gördüklərini etiraf ediblər.
       Sonra Heydər Əliyev Mərkəzində qonaqların və İsmayıllı gənclərinin iştirakı ilə “Dünya ölkələrində multikulturalizm modelləri” mövzusunda dəyirmi masa keçirilib. Yığıncaqda Azərbaycandan professor E.Nəcəfov, Almaniyadan professor K.Volf, ABŞ-dan jurnalist və siyasi analitik  doktor P.Teys və başqaları çıxış edərək multikulturalizmin yüksək səviyyədə təmin olunduğunu bildiriblər.
          III Beynəlxlaq multikulturalizm məktəbinin iştirakçıalrı rayonumuzla yaxından tanış olmuşlar, ölkəmizdə yüksək dəyərlərin mövcud olduğunu etiraf ediblər.

Keçidlər