Şriftin ölçüsü :

Saytın rəngi :

III Beynəlxalq Multikulturalizm Yay məktəbinin nümayəndələri Lahıcda.

24 iyul 2016 | 16:00

Yay məktəbinin iştirakçıları Lahıca səfər edərək öz işlərini davam etdirmiş, yerli əhali ilə görüşmüşlər. Beynalxalq multikulturalizm məktəbinin iştirakçılarına kəndin tarixi, yerli əhalinin həyat və məişət tərzi, Lahıcdakı sənət növləri və sənəti yaşadan ustalar haqqında geniş məlumat verilmişdir. Emalatxanalarda gedən iş prosesi xarici qonaqları daha çox maraqlandırmış,  “Lahıc misgərlik sənəti” nin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onlara çatdırılmışdır. Tarix-diyarşünaslıq muzeyindəki eksponatlarla tanış olan Yay məktəbinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır. Qəsəbənin tarixi-memarlıq abidələri, Lahıcın zəngin təbiəti, qədim Lahıc mədəniyyətinin dünəni və bu günü, Lahıcın elm, sənət yurdu olduğu qonaqlara izah olunmuşdur. Onlara bildirilmişdir ki, lahıclar və ətraf tatdilli əhali burada öz adət-ənənəsini, milli mədəniyyətini, özlərinə məxsus həyat tərzini qoruyub saxlamış,  inkişaf  etdirmiş, gələcək nəslə ötürmüş,  müstəq il Azərbaycanın inkişafına öz töhfələrini vermişlər. Yay məktəbinin nümayəndələri böyük heyrətlə Lahıca daxil olmuş, zəngin təəssüratla buranı tərk etmişlər.

Keçidlər