Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda yeni tikinti materialları kombinatı

26 iyul 2016 | 16:00

İsmayıllı “Tikinti-27” ASC Xanagah kəndinə yaxın ərazidə tikinti materialları kombinatını tikib istifadəyə verib. Burada saatda 100 kubmetr beton, 120 ton qum, bir o qədər çınqıl hazırlanacaq.Tam yeni texnologiya əsasında qurulmuş dam örtükləri bölməsində metal dam plitələri və kirəmit formalı dəmir örtük istehsal olunacaq . Müəssisədə  35 nəfər daimi işə qəbul olunub.
26 iyul 2016-cı il tarixdə kombinatın açılış mərasimi olub. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova giriş nitqi ilə  tədbiri açıb. ASC-nin sədri Azad Əliyev çıxış edərək bildirib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bu kombinatın inşası başa çatıb və tikinti materialları istehsalına tam hazırdır. İstehsal etdiyimiz məhsullar bazar qiymətlərinə müsbət təsir edəcək, həm də 35 ailənin həyat şəraitini yaxşılaşdıracaq.İstehsal artdıqca firma mağazaları da açılacaq, İsmayıllı alıcıları artıq uzaq bazarlara üz tutmayacaqlar.
  Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışına inşaatçıları, burada işləyəcək rayon sakinlərini yeni müəssisənin açılışı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və hərətərəfli dəstəyi ilə İsmayıllı yeniləşir, tikilir,qurulur və abadlaşır. Bu kombinatın açılışı da ölkə rəhbərinin sahibkarlığın inkişafı üçün yaratdığı şəraitin yeni bir təzahürüdür. Bundan sonra Basqalda, Qubaxəllilidə, Balikdə, Qalınçaqda və digər yerlərdə yeni-yeni müxtəlif profilli istehsal müəssisələri və iş yerləri açılacaq.
Layihənin müəllifi Eldar Cəfərov yaradılan şəraitə, sahibkarlığın inkişafına, sahibkarlara göstərdiyi qayğıya görə ölkə Prezidentinə minnətdarlığını bildirib. Rayon rəhbərliyinə təşəkkür edib ki, istehsal müəssisələrinin açılışına rəvac verir, şərait yardır.
Dövlət qulluğu veteranı Valeh Salehov açılış münasibətilə kombinatın  işçilərini təbrik edib. Bildirib ki, cənab Prezident İlham Əliyevin xalqın xidmətçisi olmaq tapşırığı rayonda məsuliyyətlə icra olunur. Bu gün istifadəyə verilən kombinat da həmin məsuliyyətli münasibətin nəticəsidir. Yaradılan şərait onu göstərir ki, biz bundan sonra belə tədbirlərin daha çox şahidi və iştirakçısı olacağıq.
Sonda açılış mərasiminə gələnlər istehsal prosesi ilə tanış olublar.

Keçidlər