Şriftin ölçüsü :

Saytın rəngi :

Alim Qasımov Azərbaycanın mirvarisi İsmayıllıda

06 may 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər ardıcıl davam edir. Hər gün bir təntənəli mərasimlə rayonun tarixinə parlaq səhifə yazılır. 05 may 2013-cü il tarixdə muğam dünyasının fatehi Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovun ümummilli liderin 90 illiyi ilə əlaqədar verdiyi konsert yubiley tədbirlərinin zirvəsinə çevrildi.
İsmayıllı ağsaqqalları, ağbirçəkləri bütün ictimaiyyəti, xüsusilə 1981-ci ildə ümummilli lider Heydər Əliyevin İsmayıllıya səfərləri zamanı onunla görüşmüş insanların xahişi ilə Alim qızı Fərqanə xanımla İsmayıllı sakinləri qarşısında çıxışa gəlmişdi.
Konsert Heydər Əliyev adına parkdakı “Gənclər mərkəzi”ndə baş tutdu. İki saat müddətində Alim və Fərqanə 450 nəfər tamaşaçını muğam dünyasına səyahətə apardılar və oranın əbədi sakini etdilər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Alim Qasımovu 3 aya əsaslı yenidənqurması başa çatacaq mədəniyyət mərkəzində yenidən çıxışa dəvət etdi.

Keçidlər