Şriftin ölçüsü :

Saytın rəngi :

"Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Köməklik” İctimai Birliyinin tədbiri keçirilmişdir

29 iyul 2016 | 16:00

29 iyul 2016-cı il tarixdə İsmayıllı şəhər Tarix Diyarşünaslıq Muzeyində “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları və onların ailə üzvləri ilə tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov  tədbirin təşkilatcılarını və iştirakçılarını salamlayaraq tədbiri acıq elan etdi və sözü “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Köməklik” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənova verdi.
M.Həsənov şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri və veteranlarının işsizlik problemlərinin daha efektiv və qısa zamanda həlli üçün Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyinin hazırladığı təkliflər paketi ilə tədbir iştirakçılarını tanış etdi. Layihənin əsas məqsədi şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılmasına xidmət etmək olduğu bildirilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablar verildi.

Keçidlər