Pendir sexinin açılışı oldu
02 avqust 2016 | 16:00
02 avqust 2016-cı il tarixdə Talış kəndində sahibkar Nizami Bağırov tərəfindən əsaslı təmirdən sonra Talış pendir sexinin açılışı oldu. Sexin açılışında İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov iştirak etdi. O açılışa toplaşan kənd sakinlərini İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov adından salamladı və belə bir sexin təşkilinə görə N.Bağırova təşəkkürünü bildirdi.