Şriftin ölçüsü :

Saytın rəngi :

Basqal qəsəbəsində səyyar görüş qəbul keçirilmişdir.

05 avqust 2016 | 16:00

05 avqust 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin  başçısı Mirdaməd Sadıqov Basqal qəsəbəsində qəsəbə sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir. Görüş-qəbulda M.Sadıqov sakinlərə respublikada və rayonda görülmüş işlər, eləcədə görüləcək işlər barədə geniş məlumat vermişdir.  Daha sonra sakinlərin müraciətləri dinlənilib, qeyd olunan məsələlərlə bağlı aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilib. Sakinlər əsasən  qəsəbədə xəstəxana tikilməsini, VII əsrdə tikilmiş qədim hamamın təmir olunmasını, bazar meydanında yarımçıq qalan tikililərin başa çatdırılmasını, qəsəbənin su təminatının yaxşılaşdırılmasını, qəsəbədə təmizliyin təmin olunmasını, yeni iş yerlərinin açılmasını və bankomat quraşdırılmasını xahiş etmişlər.  Qəsəbənin problemləri ilə  tanış olduğunu bildirən rayon rəhbəri ölkə rəhbərinin tapşırığı və təsdiq olunmuş Dövlət Proqramlarına əsasən bütün problemlərin mərhələli şəkildə  həll olunacağını bildirmişdir.

Keçidlər