Şriftin ölçüsü :

Saytın rəngi :

Riyaziyyatçıların yubiley tədbiri

06 may 2013 | 15:00

Bütün ölkəmiz müxtəlif məzmunlu, zəngin formalı tədbirlərlə ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyini qeyd edir, şəhər bir saylı tam orta məktəbin pedaqoji kollektivi və şagird kontingenti bu sırada layiqli yer tutmağa çalışır. Heydər Əliyev dərsləri, inşa yazı, rəsm və mahnı müsabiqələri, elmi konfranslar keçirilir. Bu günlərdə məktəbin riyaziyyatçıları Gülsurə Şəfaqətovanın təşkilatçılığı ilə ulu öndərin 90 illik yubileyinə həsr olunmuş riyaziyyat gecəsi keçirilmişdir. Şəfəq Bayramovanın aparıcı olduğu tədbirdə müəllimlər, şagirdlər və qonaqlar iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video filmə baxılmışdır.
Müxtəlif  mövzulu nəzəri çıxışlar olmuş, əyləncəli səhnəcliklər göstərilmiş, viktorinalar, krossvordlar keçirilmiş, riyaziyyata aid  şerlər deyilmişdir. Şagirdlərin hazırladığı həndəsi qurultay, triqonometrik mübahisələr maraqla qarşılanmışdır.
Tədris ilinin daha bir günü xüsusilə yaddaqalan olmuşdur.

Keçidlər