Şriftin ölçüsü :

Saytın rəngi :

Yapon qonaqlar İsmayıllıda

15 avqust 2016 | 16:00

12 avqust 2016-cı il tarixində İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü – qrup rəhbəri Konişi Tsuneo və  2 şagird  Kaneko Reon, Sekikava Kiyotatsu  İsmayıllıda olublar. Səfərin məqsədi rayonun milli mətbəxi, zəngin mədəniyyəti və adət ənənəsi ilə tanışlıq xarakteri daşımışdır.
İlk olaraq qarşılanma 12 avqust 2016 –cı il tarixdə Heydər Əliyev adına Hava limanında olub.
15 avqust 2016-cı il tarixdə yapon qonaqlar Rayon İcra Hakimiyyətində qarşılanıb.Görüşdə  RİH başçısının müavinləri və şöbə müdirləri, o cümlədən RTŞ-nin müdir müavini, Yaponiyaya getmiş nümayəndə heyəti və şagirdlər  iştirak ediblər. RİHB-nin birinci müavini Rövşən Ağayev  qonaqları salamlayıb və rayon haqqında məlumat verərək bildirib ki, İsmayıllı rayonu İto şəhəri ilə əməkdaşlığa uyğun olaraq geniş əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində geniş davam etdirilir. RİH başçısınınnin birinci  müavini qonaqlara hədiyyələr təqdim edib.
Öz növbəsində, Yaponiyadan gəlmiş nümayəndə Konuşi Tsuneo göstərilən xüsusi diqqət və yüksək qonaqpərvərliyə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib, İsmayıllıda olduqlarından məmnun luğunu ifadə edib.
Yaponiyadan gələn nümayəndə üzvləri  proqramda nəzərdə tutulmuş  bir neçə ailədə qonaq qalacaq, avqustun 12-dən başlayaraq həmin ayın 24-dək rayonla tanış olmaq imkanı əldə edəcəklər. Onların bu səfəri İsmayıllının beynəlxalq əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Keçidlər