Şriftin ölçüsü :

Saytın rəngi :

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam”

07 may 2013 | 15:00

06.05.2013-cü  il tarixində İsmayıllı rayon Təhsil şöbəsi şəhər 3 saylı körpələr evi-uşaq bağçası ilə birlikdə Ümummilli liderimiz  Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tədbir keçirmişdir. Tədbirdə bağçanın məktəbəhazırlıq qrupunun uşaqları öz məzmunlu çıxışları ilə bir daha dahi şəxsiyyətə öz sevgilərini bildirmişlər.Tədbirin keçirilməsində məqsəd məktəbəqədər yaşlı uşaqlarda vətənpərvərlik tərbiyəsini aşılanmaq, onları dahi öndər Heydər Əliyevin ideyaları ruhunda tərbiyələndirməkdir. Kiçik fidanların söylədikləri şerlərdə, ifa etdikləri mahnılarda Vətənə sevgi, Ümummilli lider Heydər Əliyev ruhuna ehtiram ifadə olunurdu.

Keçidlər