Gülşən Avropa şahmat çempionatında iştirak etmək üçün bu gün Praqaya yola düşüb
17 avqust 2016 | 16:00
8 yaşlı qızlar arasında Azərbaycan çempionu olmuş İsmayıllı şəhər 5 saylı tam orta məktəbin şagirdi Gülşən Allahverdiyeva bu gün səhər-səhər Avropa çempionatında iştirak etmək üçün Bakı hava limanından Çexiyanın paytaxtı Praqa şəhərinə yola düşüb.
Yolasalma mərasimində Gülşənin valideynləri və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov da iştirak ediblər.
İsmayıllıdan ilk çempion olmuş şahmatçı Gülşən Allahverdiyevaya Avropa yarışlarında uğurlar arzulayırıq.