“Vətəndaş Təşəbbüsləri Mərkəzi” İctimai Birliyi tədbir keçirib
17 avqust 2016 | 16:00
17 avqust 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində “Vətəndaş Təşəbbüsləri Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yerli özünüidarəetmə problemlərinə həsr edilmiş debatların keçirilməsi” adlı layihə çərçivəsində tədbir keçirmişdir. Tədbirdə RİH-nin məsul işçisi Ehtiram Mənafov, İctimai Birliyin əməldaşları və bələdiyyə sədləri iştirak etmişdir.