Yapon qonaqların səfəri davam edir
19 avqust 2016 | 16:00
İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində 12 avqust 2016-cı il tarixindən İsmayıllıda səfərdə olan “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü – qrup rəhbəri Konişi Tsuneo və 2 şagird Kaneko Reon, Sekikava Kiyotatsu və İsmayıllı şəhər 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Şərafət Bayramov qonaqlama proqramı üzrə 17 avqust 2016 –cı il tarixində Bakı şəhərində olublar. Qonaqlar Yaponiyanın Azərbaycandakı səfiri cənab Takahashi ilə görüşlər keçirib. Görüşdən sonra Yapon səfirliyi qonaqların şərəfinə ziyafət təşkil edib.