Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşakənddə qəbul

07 may 2013 | 15:00

Rayon icra hakimiyyəti rəhbərliyinin fəaliyyətində əhalinin bilavasitə yerlərdə qəbulu əsas yer tutur. Hər bir kənddə, yaşayış məntəqəsində ardıcıl olaraq görüş-qəbullar keçirilir, aid problemlərin həlli üçün operativ qaydada cari və perspektiv tədbirlər müəyyənləşdirilir.
06 may 2013-cü il tarixdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qoşakənd sakinləri ilə tam orta məktəbin iclas zalında görüşdü. Əvvəlcə o, rayonda gedən işlərdən, açılan iş yerlərindən, həyata keçirilən əhəmiyyətli layihələrdən, perspektiv inkişaf proqramından danışdı. Sonra isə sözü, təkilfi, şikayəti olan hər bir sakini dinlədi. Aid strukturlara müvafiq tapşırıqlar verdi, icrası üçün konkret vaxt müəyyən etdi.
Buradakı görüş-qəbulda İsmayıllının indiki zamanı üçün xarakterik olmayan bir hal özünü göstərdi. Bilavasitə vətəndaşın özünə, aid olan məsələlərin  ictimailəşdirilməsinə üstünlük verilirdi. Qoşakənd inzibati ərazi dairəsi üzrə nümayədəlik və Qoşakənd bələdiyyəsi məsələlərə səlahiyyətləri daxilində yanaşmır, özlərinə aid olan problemlərin həllini başqalarından gözləyirlər. Bu da narazılıqlara gətirib çıxarır.
Qoşakəndə Məcburi Köçkünlərin Sosial İnkişaf  Fondunun layihəsi əsasında 10 il bundan əvvəl içməli su xətti çəkilib. Su boldur. Lakin sudan istifadədə bəzən ədalət prinsipi gözlənmədiyindən narazılıq yaranır. Səbəbkarlar da yerli strukturlardır.
Sonda RİH-nin başçısı  Mirdaməd Sadıqov görüş-qəbulda iştirak edən rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə qaldırılan məsələləri dərindən araşdırmağı, təhlil etməyi və əsaslı tədbirlər görməyi tapşırdı.

Keçidlər