Şriftin ölçüsü :

Saytın rəngi :

Məntəqə seçki komissiyalarının sədrləri üçün seminar kurslara başlanıldı

23 avqust 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda  keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslara 22 avqust 2016-cı il tarixdə  İsmayıllı rayonunda başlanıldı.
Kursların ilk günüdə İsmayıllı Rayon İcra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, rayon Polis şöbəsinin və Rayon məhkəməsinin əməkdaşları Mərkəzi seçki komissiyasının mütəxəssisləri, 86 saylı İsmayıllı Dairə Seçki komissiyasının sədri  kurs iştirakçılarına proqram üzrə təlimat və tövsiyələrini veriblər.

 

Keçidlər