Şriftin ölçüsü :

Saytın rəngi :

Yapon qonaqların səfəri başa çatdı

24 avqust 2016 | 16:00

İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində 12 avqust 2016-cı il tarixindən “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü – qrup rəhbəri Konişi Tsuneo və  2 şagird  Kaneko Reon, Sekikava Kiyotatsu İsmayıllıda səfərdə olublar.
Yaponiyadan gələn nümayəndə heyəti  səfər proqramına uyğun olaraq Bakı şəhərinə, Lahıc, Basqal qəsəbəsinə, İvanovka kəndinə həmçinin Qəbələ, Şəki və Qax rayonlarına səyahət ediblər. Qonaqlar  nəzərdə tutulmuş bir neçə ailədə olublar rayonun milli mətbəxi, adət - ənənəsi ilə yaxından maraqlanıblar.
  Avqustun 12-dən başlayan tanışlıq  24-dək  davam edib. Yaponiyadan gələn qonaqlar  ulu öndər Heydər Əliyevin abidəsinə gül qoyublar.  “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü – qrup rəhbəri Konişi Tsuneo  yüksək səviyyədə qarşılanmaya görə Rayon İcra Hakimiyyətinə, o cümlədən İsmayıllı 2 saylı tam orta məktəbin rəhbərliyinə  , onlara səmimi münasibət göstərən hər kəsə minnətdarlığını bildirib. Qonaqları  Rayon İcra Hakimiyyətinin müavini Sevil Əhmədova , 2 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, İsmayıllıdan yaponiyaya getmiş və yapon dilini öyrənən şagirdlər yola salıblar.

Keçidlər