Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələrin maarifləndirilməsi seminarı keçirilmişdir.

24 avqust 2016 | 16:00

24 avqust  2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Göycay regional ədliyyə şöbəsi tərəfindən İsmayıllı və Şamaxı rayonları üzrə bələdiyyələrin maarifləndirilməsi seminarı keçirilmişdir.
Seminarda İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçiləri, Göycay regional ədliyyə şöbəsinin əməkdaşları, İsmayıllı və Şamaxı rayonlarından  bələdiyyə sədrləri iştirak edibdir.
Seminarın məqsədi Şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, Bələdiyyə torpalarının idarə olunmasında qanunvericilik, Bələdiyyə qulluqçularının etik davranış qaydaları, yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüququ, Vətəndaş müraciətlərinə baxılması qaydaları və s. Mövzularda bələdiyyə sədrləri məlumatlandırılmış və tövsiyələr verilmişdir.

Keçidlər