Şriftin ölçüsü :

Saytın rəngi :

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri İsmayıllıda

25 avqust 2016 | 16:00

25 avqust 2016-cı il tarixdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İsmayıllıya səfərə gəlib.Səfər proqramına uyğun olaraq İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev səfiri qəbul edib və rayonun iqtisadiyyatı, sənayesi, coğrafiyası milli tərkibi, tarixi barədə qonaqları məlumatlandırıb. Səfir səmimi qarşılandıqları üçün cavab nitqində rayon rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra səfir və onunla gələn əməkdaşlar “Turizm bazarı”nda olmuş ABŞ səfirliyinin təhsil məsələləri üzrə müşaviri Emmi Peterson “Sülh korpusu”nun könüllüsü olduğu zamanda kirayədə qaldığı evin sahibi Pərviz  Məmmədli ilə görüşmüşlər.
     Səfir Robert Sekuta, Emmi Peterson və səfirliyin protokol xidmətinin mütəxəssisi Xəqani Əliyev İvanovkaya getmiş, kənd və onun sakinləri ilə tanış olmuş, multikultural tolerant dəyərləri müşahidə etmiş, sonra Bakı şəhərinə yola düşmüşlər.

Keçidlər