Şriftin ölçüsü :

Saytın rəngi :

Problemlər həll olunur

15 sentyabr 2012 | 15:00

Çərmədil kəndi İsmayıllının Ağsu rayonu ilə sərhədində yerləşir. Vaxtilə burada heyvandarlıq fermaları vardı. Aqrar islahatlardan, hərə öz əmlakına sahib çıxdıqdan sonra əhali başqa yerlərdə iş axtarmağa başladı. Bu səbəbdən sakinlərin sayı, onlarla bərabər məktəbyaşlı uşaqların da sayı azaldı, 9 illik məktəb ləğv olundu. Çərmədil kəndindən 5 kilometr məsafədə yerləşən Ərəbmehdibəy kənd tam orta məktəbinə gedib-gəlmək çətin başa gəlirdi. Vəziyyəti nəzərə alan rayon icra hakimiyyəti cəmi altı nəfər məktəbyaşlı uşağın istifadəsi üçün daxili imkanlar hesabına bir “UAZ” markalı mikroavtobus almışdır. Nəqliyyat vasitəsi yeni dərs ili ərəfəsində RİH tərəfindən çərmədillilərə təqdim edilmişdir.
Bu kənd yaranışdan həm içmək, həm də məişətdə işlətmək üçün yaxınlıqdan keçən Girdiman çayından su götürürdü. Məsafə uzaq, su bulanıq. Nəhayət bu problem də öz həllini tapdı. Çərmədil sakinlərinin su təchizatı ilə bağlı məsələ qaldırıldı və az müddət ərzində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 40 min manat smeta dəyəri olan artezian quyusu qazdırıb istifadəyə verdi. Quyu saatda 6 ton su verir.
Çərmədillilər bunları dövlətimizin, ölkə Prezidentinin qayğısı və diqqətinin bəhrəsi olaraq minnətdarlıqla qəbul etdilər.
 

Keçidlər