Şriftin ölçüsü :

Saytın rəngi :

Mürəbbə festivalı Beynəlxalq miqyas alır

29 avqust 2016 | 16:00

27 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiyasiyasının birgə təşkilatçılığı ilə “Qafqaz Karvansaray Hotel”də Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunun iştirakı ilə keçirilən “IV Beynəlxalq Mürəbbə festivalı”nda İsmayıllı kulinarları da  iştirak edib. İsmayıllı kulinarları "Böyürtkan" mürəbbəsi nominasiyası üzrə şəhər və rayonlar üzrə I yerə, "Qoz" mürəbbəsi nominasiyası isə şəhər və rayonlar üzrə II yerə layiq görülərək qızıl , gümüş medallarla və  diplomla mükafatlandırılıb.

Festivalın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış edib.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və satış sərgi təşkil olunub.
Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. Mürəbbələrin ən yaxşı təqdimatına görə, xarici ölkələr arasında Ukrayna birinci, Şimali Kipr ikinci yeri, ən yaxşı mürəbbə müsabiqəsində İran birinci, Çin ikinci yeri, mürəbbələrin növ müxtəlifliyinə görə Özbəkistan birinci, Türkiyə ikinci yeri tutub.

Keçidlər