Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin şəhərin təmizliyində rolu

30 avqust 2016 | 16:00

30 avqust 2016-cı il tarixdə İsmayıllı Rayon Tarix-Diyarşünaslıq muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası və “Energetika və Ekologiya” maarifçilik ictimai birliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbir “Məktəblərin və Uşaq Yaradıcılıq Dərnəklərinin şəhərin təmizliyində rolu” layihəsinə əsasən təşkil olunub.
Maarifləndirmə təlimi missiyası daşıyan tədbiri giriş nitqi ilə açan “Energetika və Ekologiya” maarifçilik ictimai birliyinin sədri Vaqif Əliyev  tədbirin mahiyyəti barədə ətraflı məlumat verib. O, çıxışı zamanı mövcud təhlükəli sənaye tullantıları, onların insan orqanizminə təsiri və bu tullantıların zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər haqqında danışıb.
Ardınca toplantı iştirakçılarının fikirləri dinlənilib. Ekoloji problemlərin həlli yolları müzakirə edilib. Müzakirə iştirakçıları mövzunun aktuallığını qeyd edib, konkret təkliflər irəli sürüblər. Dəyirmi masa iştirakçılarının təklifi ilə bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi məqsədəuyğun hesab edilib.
Sonda rayon məktəblilərinə ekologiyanın çirkləndirilməməsi üçün təşkil olunmuş maarifləndirmə məqsədi daşıyan video film nümayiş etdirilib.

 

Keçidlər