Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.

06 sentyabr 2016 | 16:00

     

06 sentyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Elçin Məmmədov açdı və “Sülh aylığı”nın mahiyyətindən danışdı. Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək “Beynəlxalq Sülh Günü”nün təsis edilmə tarixindən, ölkəmizdə “Sülh aylığı” tədbirlərinin müsbət nəticələrindən danışdı. Tədbirdə əsasən məktəblilər və fəal müəllim kollektivi iştirak etmişdir. Sonda iştirakçıları maraqlandıran suallar X.Abbasov tərəfindən cavablandırıldı.

Keçidlər