Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı təhsilində uğurlar davamlıdır.

09 sentyabr 2016 | 16:00

İsmayıllı rayon təhsil sistemi ənənələri novatorluqla davam etdirərək, dövlət təhsil siyasətini inamla həyata keçirərək uğurlarını artırır. Tam orta məktəblərin 520 nəfərə yaxın məzunu ali məktəblərə qəbul olunmaq üçün ərizə verib. Onların 293 nəfəri tələbə adını qazanıb. Şəhər 5 saylı tam orta məktəbin  məzunu Ağalətif Lətifov 700 bal toplayıb. 28 nəfər 600-dən yuxarı, 46 nəfər  isə 500-600 arası balla universitetlərə qəbul olunub.İsmayıllı məktəblərinin şagirdləri Respublika üzrə keçirilən bütün növ yarış və müsabiqələrdə, bilik və idman yarışlarında mükafata layiq yerlər tutublar.
      9 sentyabr 2016-cı il tarixdə keçirilən  rayon müəllimlərinin konfransında məruzə edən təhsil şöbəsinin müdiri Rasim Orucov bunlardan ətraflı bəhs edib.
       Konfransda şəhər 3 saylı məktəb-liseyin  tarix müəllimi Vasif Cabbarov,2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov, bu tədris ilindən fəaliyyətə başlayacaq gənc müəllim Səbinə Bağırova, 5 saylı məktəbin 600-dən yuxarı bal toplamış buraxılış sinif şagirdi Elnarə Məlikova, maksimum bal toplayan Ağalətifin atası, riyaziyyat müəllimi İsak Lətifov, İvanovka kənd tam orta məktəbinin müəllimi Palina Radayeva, valideyin Elşən Eyvazov düşündürücü və maraqlı çıxışlar ediblər.
       Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Gülarə Xudiyeva  təhlili çıxışında müasir təhsilin, məktəbin qarşısında duran vəzifələri ətraflı şərh edib, konfrans iştirakçılarının diqqətini mövcud nöqsanlara və onların aradan qaldırılması yollarına yönəldib.
        Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək bildirib ki, təhsildə qazanılan uğurlar onun nəticəsidir ki, rayon icra hakimiyyətinin rəhbərliyi ilə bütün strukturlar dövlət siyasətinin hər bir istiqamətinin  həyata keçirilməsinə, cənab Prezidentin  sərəncam, göstəriş və tapşırıqlarının icrasına məsuliyyətlə yanaşır.Ölkəyə, Vətənə gərəkli, layiqli  vətəndaş  yetişdirməkdə  təhsil sistemi ilə icra strukturlarının qüvvəsi bir araya gətirilir, vəhdətdə götürülür.
  Natiq Qurban bayramı və “Bilik günü”   münasibətilə rayon icra hakimiyyətinin rəhbərliyi adından konfrans iştirakçılarını təbrik edib.
       “Ən yaxşı məktəb” müsabiqəsinin qaliblərinə sertifikat, “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə vəsiqə təqdim olunub.
       Riyaziyyat müəllimi Dürdanə Babayeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
         Sonda məruzə və çıxışlarda deyilən bütün tənqidi qeydlər nəzərə alınmaqla qətnamə qəbul edilib.

Keçidlər