Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir yubiley tədbiri

07 may 2013 | 15:00

Rayonda ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər öz ardıcıllığı və sistemliyi ilə seçilir. May ayının  6-da Lahıc qəsəbəsində belə maraqlı və məzmunlu yubiley tədbirlərindən biri keçirilmişdir.
Filoloq Dadaş Əliyev Heydər Əliyevin həyat və fəaliyyəti barədə əhatəli məruzə etmiş İƏD üzrə nümayəndə Fikrət Haqverdiyev və məktəb direktoru Hikmət Haqverdiyev ümummilli liderin Lahıc üçün, İsmayıllı üçün, bütövlükdə Azərbaycan dövləti üçün etdiklərindən ətraflı danışmışlar.
Rəfiqə İsmayılova və Qurban Quliyev ulu öndərə həsr etdikləri şerlərini oxumuşlar.
Sonra rayon mədəniyyət və turizm şöbəsinin bədii kollektivlərinin çıxışı olmuşdur.
Yeni Azərbaycanın yeni tarixinin ən önəmli mərhələsini təşkil edən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir hamı tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər